Modern.az

Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı VERDİ

Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı VERDİ

Ölkə

19 İyul 2024, 10:49

Daha 3 bitərəf deputat seçkilərdə iştirak etmək barədə qərar verib.

 

VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək. Bu barədə onlar Modern.az-ın sorğusuna cavab olaraq məlumat veriblər.

 

Jalə Əliyeva saytımıza açıqlamasında bildirib ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacaq. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.

 

Novruzəli Aslanov isə 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib.

 

VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 60 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu