Modern.az

Arzu Nağıyev bu seçki dairəsindən namizəd olacaq 

Arzu Nağıyev bu seçki dairəsindən namizəd olacaq 

19 İyul 2024, 19:33

Milli Məclisin bitərəf deputatı Arzu Nağıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Bu barədə o, Modern.az-ın sorğusuna cavab olaraq məlumat verib.

 

Deputat 105 saylı Tovuz - Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürəcək.

 

Qeyd edək ki, Arzu Nağıyev 2020-ci ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri