Modern.az

Bakıya avtobusların gecə reysləri qadağan olundu

Bakıya avtobusların gecə reysləri qadağan olundu

Ölkə

6 May 2010, 17:41

Sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq tədbirlər davam etdirilir.  Mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan həm beynəlxalq, həm də şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Modern.az xəbər verir ki, məlumatı Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirlib ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulur. Saat 01.00-dan 06.00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyənləşdirilir. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı isə saat 17.00-dan sonra məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi sürücüləri və sərnişinləri ehtiyatlı olmağa və vəziyyəti düzgün qiymətləndirməyə çağırır: "Çünki atılan addımlar yalnız vətəndaşların təhlükəsizliyi məqsədini daşıyır".
 
Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi