Modern.az

Sabirabadda Kür bəndləri yenidən yarıb

Sabirabadda Kür bəndləri yenidən yarıb

Ölkə

11 May 2010, 00:01

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində-Mürsəlli kəndi yaxınlığında su daha iki bəndi dağıdıb. 
Nəticədə Sabirabadın
Mürsəlli kəndini su basıb, Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təhlükəsi yaranıb. Dünən axşama olan məlumata görə, bu kəndlərin əhalisi evakuasiya olunur.
ANS-in verdiyi məlumata görə, saat 21:30 radələrində rayonun Mürsəlli kəndi ərazisində qurulmuş bənd dağılıb.
Bəndin dağılması nəticəsində Sabirabadın Mürsəlli və Ucallı kəndləri su altında qalıb.

Hər iki kəndin əhalisi hazırda su basan əraziləri tərk edir. Böyük sürətlə hərəkət edən su kütləsi rayonun Şıxlar kəndi istiqamətində hərəkət edir.

Su basan kəndlər rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Hazırda əhali arasında böyük çaxnaşma müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin rayonda yaradılmış qərargahı texnika və canlı qüvvənin bir hissəsini bu ərazidə xilasetmə işlərinə yönəldib.

Qeyd edək ki, Mürsəlli kəndi ərazisindəki iki bənd suyun qarşısını almaq üçün son günlər qurulmuşdu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi