Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 12-də gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-21 dərəcə isti təşkil edəcək.
Mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 18-21 dərəcə isti təşkil edəcək.
Mayın 14-da hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 19-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 12-də şimşək çaxacağı, arabir yağış yağacağı, axşam və gecə bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu duşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
13-14 mayda hava şəraitinin əsasən axşam və gecə saatlarında yağışlı keçəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şərq küləyinin surəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
May ayının 15-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı və fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi rayonlarda intensiv leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Mayın 11-də qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda yüksək sululuğun davam edəcəyi, daşqın və sel keçəcəyi gözlənilir.
Modern.az