Modern.az

Səhiyyə Nazirliyi 304 aptekin fəaliyyətini yoxlayıb

Səhiyyə Nazirliyi 304 aptekin fəaliyyətini yoxlayıb

Ölkə

11 May 2010, 16:30

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2010-cu ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən təkrar reydlər keçirilib.
Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ümumilikdə respublika üzrə 304 aptekə baxış keçirilib, bunlardan 133 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 161 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 10 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.
Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 509 seriya, istifadə müddəti bitmiş 125 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə qanunsuz apteklərin və sertifikatsız dərmanların sayı 5 dəfəyə qədər azalıb.
Bundan başqa, səhiyyə nazirinin 02.10.2006-cı il tarixli, 153 nömrəli əmri ilə təsdiq edilmiş “Optika mağazasına olan Tələblər”in yerlərdə yerinə yetirilməsinə də nəzarət tədbirləri həyata keçirilib. Aparılan reydlər zamanı 155 aptek təşkilatında fəaliyyət göstərən optika şöbəsinin və ayrıca olaraq 54 optika mağazasının fəaliyyətinə baxış keçirilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi