Mayın 14-də Atatürk Mərkəzində “Qarabağın işğalından 205 il keçir” mövzusunda dəyirmi masa keçirilib. “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu bildirib ki, Qarabağ probleminin kökü rus inperiyasının zaman-zaman apardığı müstəmləkəçilik siyasətinə söykənir. Belə ki, 1805-ci ilin mayın 14-də rus generalı Pavel Sisyanovun Qarabağ hakimi İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinə əsasən Rusiya erməniləri Qarabağa köçürərək Azərbaycan torpaqları hesabına erməni dövlətinin yaradılması planını ortaya qoyub. “Bizim də əsas məqsədimiz tarixi gerçəkliyi bir daha ictimayətin diqqətinə çatdırmaqdır. Təssüflər olsun ki, uzun illər bu faktları nə Qarabağ problemini “çözməyə” yardımçı olan xarici qüvvələrə çatdıra bilmişik, nə də respublika ictimayətinə”.
T.Ziyəddinoğlu qeyd edib ki, Kürəkçay müqaviləsindən 205 il ötur. Tarix üçun bu çox böyük zaman ölçüsu olmasa da, bu illər ərzində xalqımızın erməni –rus hərbi birləşmələri tərəfindən yaşadığı məhrumiyyətlərin miqyasları ölçüyəgəlməzdir.
T. Ziyəddinoğlu deyib ki, Kürəkçay müqaviləsi sənədinin xalqımıza və beynəlxalq təşkilatlara çatdırıraq Qarabağa ermənilərin ATƏT-in hazırki həmsədirlərindən biri olan ölkə tərəfindən gətirildiyini açıq şəkildə bəyan etməyin vaxtı çoxdan keçib. “Bizim tədbirimizin keçirilməsinin kökündə bu ağırlı məqam durur. Biz inanırıq ki, ölkəmizin mədəni ictimayəti və siyasi diplomatiyası bu faktı daim gündəmdə saxlayacaq və Qarabağ işğalına son vermək üçün sözünü qəti deyəcək”. Mail Ağaxanov