“Media forum” Müsavat başqanı və partiyanın bəzi rəhbərlərinin noyabrın 7-də keçiriləcək parlament seçkisinə hansı dairələrdən qatılacağı haqda məlumat əldə edib. Siyahı aşağıdakı kimidir:
İsa Qəmbər, başqan - 15 saylı Yasamal seçki dairəsi;
Sülhəddin Əkbər, Məclis sədri - 43 saylı Sumqayıt seçki dairəsi;
Arif Hacılı, başqan müavini - 33 saylı Xətai seçki dairəsi;
Arzu Səmədbəyli, başqan müavini - 8 saylı Binəqədi seçki dairəsi;
Mehman Cavadoğlu, başqan müavini - 29 saylı Səbail seçki dairəsi;
Qabil Hüseynli, başqan müavini - 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
Almaz Əliqızı, Divan üzvü - 13 saylı Əzizbəyov seçki dairəsi;
Nüşabə Sadıqlı, Divan üzvü - 17 saylı Yasamal seçki dairəsi;
Adil Qeybulla, Divan üzvü - 115 saylı Şəki seçki dairəsi;
Vurğun Əyyub, Divan üzvü - 30 saylı Suraxanı seçki dairəsi;
Qubad İbadoğlu, Divan üzvü - 20 saylı Nərimanov seçki dairəsi;
Gülağa Aslanlı, Divan üzvü - 71 saylı Masallı seçki dairəsi;
Tural Abbaslı, Gənclər Təşkilatının sədri - 21 saylı Nəsimi seçki dairəsi;
Hikmət Hacızadə, Məclis üzvü - 113 saylı Şəki seçki dairəsi.