Modern.az

Səhiyyə Nazirliyi: "Fəlakət zonasında 150 nəfər hospitallaşdırılıb"

Səhiyyə Nazirliyi: "Fəlakət zonasında 150 nəfər hospitallaşdırılıb"

24 May 2010, 11:26

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu günə kimi fəlakət zonasında məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçib, 150 nəfər hospitallaşdırılıb. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülüb ki, onlardan da 14-ü artıq azad olub. “Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır. Zahı qadınlardan 10-u bütün dərman, geyim, bezlər, xüsusi uşaq qidaları hətta uşaq arabaları da təmin olunaraq evə buraxılıb. Öz evlərində lazımı şərait olmayan iki zahı qadın uşaqları ilə birgə tibb işçilərinin evlərində qalırlar. Qalan 4 zahı eləcə də hamiləliyin son aylarında olan 10 qadın hələ də Doğum evlərindədir”. Ümumiyyətlə çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü - 0,5 yaş arası, 482 uşaq isə 1-5 və 18 yaş arasındadır. Havaların və çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibbi məntəqələrdə yerləşdirilib. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. 1 uşağın üzərində cərrahi əməliyyat aparılmışdır ki, onun da hazırkı vəziyyəti qənaətbəxşdir. Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanmış, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilib. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları eləcədə təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub”. Modern.az

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI