Modern.az

Bu gecə “Eurovision 2010” mahnı yarışması başlayır

Bu gecə “Eurovision 2010” mahnı yarışması başlayır

25 May 2010, 11:40

Bu gecə Norveçin paytaxtı Osloda keçirilən “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsində birinci yarımfinalın iştirakçıları mübarizəyə başlayacaq. Finala 10 vəsiqə uğrunda 17 ölkə -  Moldova, Rusiya, Estoniya, Slovakiya, Finlandiya, Latviya, Serbiya, Bosniya və Hersoqovina, Polşa, Belçika, Malta, Albaniya, Yunanıstan, Portuqaliya, Makedoniya, Belarus və İslandiya təmsilçiləri mübarizə aparacaq.
Azərbaycanı təmsil edən Səfurə Əlizadə isə mübarizəyə mayın 27-də ikinci  yarımfinaldan başlayacaq. O, “Drip drop” mahnısını ifa edəcək. 

«Eurovision»un finalı isə mayın 29-u keçiriləcək. Hər yarımfinalda ən yaxşı nəticə göstərən 10 ifaçı və 4 təşkilatçı ölkə finalda yarışacaq və qalib ölkə növbəti il mahnı müsabiqəsini öz evində təşkil etmək haqqı qazanacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI