Modern.az

Nəqliyyat Nazirliyi Bakıda yeni dayanacaqlar tikəcək

Nəqliyyat Nazirliyi Bakıda yeni dayanacaqlar tikəcək

Ölkə

25 May 2010, 15:05

Bakıda nəqliyyatın intellektual idarəedilməsi sisteminin qurulması üçün videomüşahidə cihazları və digər avadanlıqların alınmasına hazırlıq görülür.

Modern.az xəbər verir ki, bu barədə mayın 25-də Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin katibi Namiq Həsənov  bildirib. Onun sözlərinə görə, hazırda koreyalı  mütəxəsislərlə birgə video avadanlıqların alınması üçün danışıqlar aparıləır. Qeyd edək ki, Bakıda nəqliyyatın intellektual idarəetməsi sistemini koreyalı mütəxəssislər qururlar.

 

N.Həsənov deyib ki, proyektin dəyəri təxminən 770 milyon dollara yaxındır. “Biz videomüşahidə qurğularını şəhərin 6 istiqamətində quraşdırmağı nəzərdə tuturuq. Bu işlərə 2011-ci ilin fevralından başlanılacaq. Hazırda çalışırıq nəqliyyatın intellektual idarəedilməsi mərkəzinin binası hazır olsun”.

N.Həsənov bildirib ki, Bakıda 639 yerdə avtobus ciblərinin (dayanacaqlarının) yaradılması prosesinə başlanılacaq ki, həmin yerlərdə avtobuslar dayanacaqlar. Eyni zamanda 140-a yaxın taksi dayanacağının yaradılması da planlaşdırılır. Bundan başqa, 289 yeni sərnişin dayanacağı qurulacaq, 42 dayanacağın yeri dəyişdiriləcək, 10 dayanacağın yeri ləğv olunacaq. “Biz bunu Dövlət Yol Polisi və koreyalı mütəxəsislərlə bir yerdə müzakirə etmişik”-deyə N.Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanda taksi sürücülərinin sayı 4000-4500 arasında təxmin edilir. Amma icazəsiz fəaliyyət göstərən taksiləri də nəzərə alanda, rəqəm göstəriləndən xeyli çoxdur. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI