Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

25 May 2010, 16:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 26-da hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, lakin 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gündüz cənub küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 16-18 dərəcə isti, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Mayın 27-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 17-19 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Mayın 28-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16-18 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 18-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 25-dən 26-na keçən gecə əsasən şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.  Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

27-28 mayda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şərq küləyinin surəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-13 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI