Azərbaycanda kartof istehsalı ötən illin ilk 5 ayına nisbətən artıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyti məlumata görə, bu ilin yanvar-may aylarında 168731 tona yaxın kartof yığılıb, bu göstərici keçən illə müqayisədə 8519,5 ton çoxdur.
Ən çox kartof istehsal olunan iqtisadi rayonlar
1. Qazax - Tovuz iqtisadi rayonu – 53931.4 ton
2. Lənkəran - Astara iqtisadi rayonu – 76731.8 ton
3. Mil - Muğan iqtisadi rayonu – 17262.3 ton
Ən az kartof istehsal olunan iqtisadi rayonlar
1. Quba - Xaçmaz iqtisadi rayonu – 47 ton
2. Abşeron - Xızı iqtisadi rayonu – 95.9 ton
3. Gəncə - Daşkəsən iqtisadi rayonu – 88.1 ton
Az ərazidə çox məhsul götürülən iqtisadi rayonlar (1 hektardan yüksək məhsuldarlıq göstəricisinə görə)
Qazax - Tovuz iqtisadi rayonu — 268.5 sent/ha
Lənkəran - Astara iqtisadi rayonu — 252.7 sent/ha
Şəki - Zaqatala iqtisadi rayonu — 200.0 sent/ha
Qarabağ iqtisadi rayonu — 126.0 sent/ha
Abşeron - Xızı iqtisadi rayonu — 105.3 sent/ha