Modern.az

Təbii fəlakət, yoxsa məmur cinayəti? (fəlakət zonasının deputatlarının fikirləri)

Təbii fəlakət, yoxsa məmur cinayəti? (fəlakət zonasının deputatlarının fikirləri)

Ölkə

26 May 2010, 12:12

Son vaxtlar Kürqırağı bölgələrdə baş verən hadisələr nəticəsində minlərlə ailə hər şeyini itirib, ölkəyə milyardlarla manat həcmində ziyan dəyib. Hökumət ölkəni və milləti təhdid edən bu təhlükəni öncədən görə bilməyibbi? Baş verənlər təkcə təbiətin şıltaqlığının nəticəsidir, yoxsa ortada məmur məsuliyyətsizliyi də var? Modern.az saytı məsələyə fəlakət zonasının deputatlarının fikirlərini öyrənib.   

Neftçalalıların deputatı Fəzail Agamalı: “Bu tam olaraq təbii fəlakətdir. Özü də bu təbii fəlakət bütün dünyanı bürüyüb. Bu gün Polşanın paytaxtı Varşava su altında qalıb. Dünyanın elə bir ölkəsi yoxdur ki, bu və ya digər şəkildə həmin bu təbii fəlakətdən əziyyət çəkməsin. Bu təbii fəlakət, bu təbiətin şıltaqlığı, kataklizmlər, ola bilsin vaxtında proqnazlaşdırılmayıb. Təbii ki, elə etmək olardı ki, Azərbaycanda bu cür dağıntılar olmasın. Bunun üçün qabaqlayıcı tədbirlər görmək mümkün idi. Kür çayına tökülən qollar, onların qarşısındakı bəndlər  işlək vəziyyətdə olsaydı, qışda Mingəçevir su anbarının suyunu boşaltmaq mümkün olsaydı, fəlakətin miqyası da be dərəcədə olmazdı...”.

 

 

Zərdabın deputatı Jalə Əliyeva: “Baş verənlər birmənalı olaraq təbii fəlakət hadisəsidir. Dünyanı başına alan bu bəla Azərbaycandan da yan keçmədi. Biz indiyə qədər Kürün bu şəkildə qalxmasının, bu şəkildə problem yaratmasının şahidi olmamışıq. Bilirsiniz, hər şeydə obyektiv və subyektiv səbəblər olur. Mən vaxtında qabaqlayıcı işlərin görülmədiyini istisna etmirəm, ancaq bu sahənin mütəxəssisi deyiləm. Düşünürəm ki, vaxtında müəyyən işlər görülsəydi, bu problem qarşısı da müəyyən mənada alına bilərdi.
Onu da deyim ki, bu təbii fəlakətdi, bundan qaça bilmərik. Müxtəlif adlar qoyurlar, İran suyu açıb buraxdı, Mingəçevirdən çox su gəlir və s. Amma cənab Pprezident müşavirədə yaxşı bir söz dedi: “Hər biriniz elə bilin ki, bu hadisə öz evinizdə baş verib, fəlakətlə sizin ailə üzvləriniz qarşılaşıb”. Hər kəs bunu bir şüar kimi beyninə yazsaydı, yəqin ki, nəticələr bundan bir az aşağı ola bilərdi. Ancaq birmənalı olaraq deyirəm ki, hamımız təbii fəlakət qarşısında acizik”.


Saatlının deputatı Gülhüseyn Əhmədov: “Baş verənlər təbii fəlakətdir. Amma başqa məsələ ki, Kürün deltası təmizlənsəydi fəakətin coğrafiyası bu böyüklükdə olmazdı. Ancaq nə etsək belə, nə Kürün, nə də Arazın məcrası bu suyu götürmək gücündə deyil”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI