Milli Məclisin İqtsadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov Modern.az saytına bildirib ki, indiki şəraitdə Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Torpaq və Xəritçəkmə Komitəsinin ayrılıqda fəaliyyət göstərmələri məqbul deyil. Onu sözlərinə görə son təbii fəlakət bunu bir daha bariz şəkildə göstərmiş oldu: “Mən hesab edirəm ki, bu dövlət qurumları vahid mərkəzdən idarə olunmalıdır. Sadəcə xəritəçəkmə və kartoqrafiya bir qədər geniş və straeji məsələ olduğundan mən onun Müdafiə Nazirliyinin tərkibinə verilməsinin tərəfdarıyam. Bu təcrübə dünyanın bir çox ölkəsində var”.
Maraqlıdır, deputat təklif etdiyi yeni qurumun rəhbərliyində Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Torpaq və Xəritçəkmə Komitəsinin hansını idarə edən məmuru görür?
“Onarın hər birinə böyük hörmətim var. Ancaq indi Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik edənlərin heç birində yeni yaranacaq quruma rəhbərlik etmək potensialı görmürəm”.
Modern.az