Modern.az

Gözün aydın, Azərbaycan!

Ölkə

8 Avqust 2025, 10:44

Azərbaycan deyiləndə ayağa dur ki… 

Dur ki, bu adın içində əsrlərin həsrəti, əsrlərin mübarizəsi, əsrlərin qələbəsi var.

İndi Bakı Cənubi Qafqazın paytaxtı, tarixlə gələcəyin qucaqlaşdığı şəhərdir.

İndi Azərbaycan regionun lokomotivi, qatarı qələbəyə aparan dəmir iradə, polad nəfəsdir.

Bu gün Amerikada belə “Azərbaycan” deyirlər.

Çünki Azərbaycanın göydə Allahı, yerdə İlham Əliyevi Azərbaycan adı ilə sükutları yarıb okeanlardan keçib, dünyanın ən ucqar nöqtəsinə çatıb.

Amerikada Ermənistan sülh müqaviləsinə imza atacaq.

Qarabağ haqqının qarşısında imzasız qalmaq olmaz.

Sabah qatarımız Bakıdan Naxçıvana gedəcək.  Hər rels bir xatirəni, hər vaqon bir həsrəti daşıyacaq.

Zəngəzurumuz bizi gözləyir. O yollarda ümid işığı yanır.

Gözün aydın, Vətən, yaraların sağalır.

Gözün aydın, ana, şəhid oğlunun qanı torpağına can verdi.

Gözün aydın, ata, yurdunun ocağı yenidən alışdı.

Gözün aydın, oğul, atan sənə qürurla baxır.

Gözün aydın, xanım qız, yurdun pəncərəsindən üçrəngli bayraq görünür.

Gözün aydın, Təbriz, həsrətin sərhədləri aşır.

Gözün aydın, Dərbənd, daş divarların da bu sevinci eşidir.

Gözün aydın, Borçalı, Tanrı səninlədir.

Gözün aydın, Şah İsmayıl, qılıncın yenidən parıldayır.

Gözün aydın, Rəsulzadə, “Bir kərə yüksələn bayraq” enməyəcək.

Gözün aydın, Heydər Əliyev, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kəlməsi bu gün bütün dünyada səslənir.

Gözün aydın, şəhid, qanın Vətənə can verdi.

Gözün aydın, qazi, qələbənin izi ayaqlarında, fəxri başındadır.

Gözün aydın, İlham Əliyev, zəhmətin, əziyyətin bəhrəsini verdi.

Bəli, Lider İlham Əliyev, bu xalqın əbədi qəhrəmanı, qələbənin memarı, millətin yol göstəricisidir.

İndi Şuşa gülür, çünki azaddır.

İndi Naxçıvan sevinir, çünki yolları açılır.

İndi Xankəndi şənlik içindədir, çünki başı üzərində üçrəngli bayraq dalğalanır.

İndi Kəlbəcər göylərdə qartal kimi süzür, çünki azad səmadadır.

İndi qalibik, hərbdə də qalibik, diplomatiyada da qalibik, informasiya savaşında da qalibik.

Qürurluyuq, çünki Azərbaycanın İlham Əliyev kimi güclü, sözünün ağası, xalq üçün canından keçən Lideri var!

Xoşbəxtik, çünki Azərbaycanlıların İlham Əliyev kimi ağıllı, bacarıqlı, Vətən üçün son nəfəsədək döyüşməyi bacaran, işğalla barışmayan Sərkərdəsi var!

Ona görə də, Azərbaycan deyiləndə ayağa dur ki, bu adın içində sənin də qanından bir damla, sənin də nəfəsindən bir ahəng var.  
Bu adın içində Şəhid var, Xətai var, Rəsulzadə var, Heydər Əliyev var!

Şəhid ruhlarını şad edən, Xətai qılıncını yenidən parladan, Rəsulzadənin “Bir kərə yüksələn Bayraq bir daha enməz” fikrini  əbədi edən, Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini bütün dünyaya öz yaratdığı gerçəklikləri ilə sübut edən İlham Əliyev var. 

Gözün aydın, Azərbaycan!

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir