Modern.az

Parlament seçkilərində səs verəcək seçicilərin sayı açıqlanıb

Parlament seçkilərində səs verəcək seçicilərin sayı açıqlanıb

26 May 2010, 18:40

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda MSK 2010-cu il parlament seçkilərində səs verəcək seçicilərin sayını açıqlayıb.

Təqdim olunmuş siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min təşkil edir. Bu barədə MSK katibi Natiq Məmmədov məlumat verib: "Seçicilər siyahısının tərtib edilməsi yüksək səviyyədə aparılıb. Seçkilərə qədər ölkədə müvəqqəti yaşayan vətəndaşların adları da əlavə olunacaq. Ölkə ərazisində baş verən təbii fəlakətlər siyahıların tərtib olunması prosesinə təsir göstərməyib".


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama