Modern.az

TQDK-nın pretest imtahanlarında 32242 abituriyent iştirak edib

TQDK-nın pretest imtahanlarında 32242 abituriyent iştirak edib

Ölkə

27 May 2010, 10:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Testlər bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə 2010-cu ilin  aprel və may  aylarında respublikanın bir sıra bölgələrində pretest imtahanları keçirilib. “Bu imtahanların keçirilməsi TQDK tərəfindən tərtib edilmiş test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan verir və gələcəkdə imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində vacib  rol oynayacaq”-deyə TQDK-dan bildirlilb.. 

Pretest imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax, Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR –nın orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin (XI sinif) şagirdləri  arasında riyaziyyat və Azərbaycan  dili fənləri üzrə aparılıb. Riyaziyyat fənni üzrə keçirilən imtahanlarda 15302, Azərbaycan dili fənni üzrə keçirilən imtahanlarda isə 16940 şagird (ümumilikdə 32242 nəfər) iştirak edib.

İmtahanda hər birində 30 test tapşırığı olmaqla 16 variantdan ibarət sual kitabçasından istifadə edilib. İmtahanın keçirilmə müddəti Azərbayçan dili fənnindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 60 dəqiqə olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI