Modern.az

22 Avropa və dünya çempionu ali məktəbə imtahansız qəbul ediləcək

22 Avropa və dünya çempionu ali məktəbə imtahansız qəbul ediləcək

4 İyun 2010, 13:21

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün növbəti ənənəvi mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul imtahanlarında iştirak üçün 115 852 abituriyent elektron ərizəsini təsdiqlətdirib. Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 37157, ikinci qrup üzrə 28883, üçüncü qrup üzrə 32697, dördüncü qrup üzrə isə 16116 abituriyent ərizəsini təsdiq etdirib. Qəbul imtahanları  iyulun 4-23 aralığında keçiriləcək. TQDK sədri deyib ki, sənəd verənlərin 2731 nəfəri ərizələrini təsdiqləməyib. Bu il 12461 nəfər qabiliyyət imtahanlarında iştirak edəcək. 22 Avropa və dünya çempionu da sənədlərini təsdiq etdirib. Həmin şəxslər Bədən Tərbiyəsi Akademiyasına test imtahanlarsız təhsil ala biləcəklər. Beynəlxalq olimpiada müsabiqələrinin qalibləri də test imtahanlarından kənar universitetlərə keçə bilərlər. Amma M.Abbaszadə deyib ki, bununla bağlı hec kim müraciət etməyib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI