Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyası arasında anlaşılmazlıq
Yeni “Təhsil haqqında” Qanun qüvvəyə mindikdən sonra Azərbaycanda aspirantura və doktoranturaya qəbul dayandırılıb. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. O, deyib ki, bu məsələ mütləq həllini tapmalıdır.
Komitənin üzvü Abel Məhərrəmov isə konkrek rəqəmlər gətirərək məsələnin Azərbaycan üçün ağır nəticələr yaratdığını söyləyib: “Bundan əvvəlki illərdə Bakı Dövlət Universitetində aspirantura və dokturanturaya qəbul üçün ən azı il ərzində 150-200 adam müraciət edirdi. Ancaq bu istiqamətlərdə iş dayandırıldığından müraciət edənlərin sayı da azalıb: “Bilirsiniz, elmlə məşğul olan adamlar hansı ölkədə yaşamalarından asılı olmayaraq biri-birləri ilə əlaqə yaradırlar. Ona görə də heseb edirəm ki, belə getsə artıq bir neçə ildən sonra ümumiyyətlə bizə müraciət edən olayacaq. Çüni həmin adamlar bizdə bu məsələnin birdəfəik bağlandığını zənn edəcəklər. Bu isə Azərbaycanın dünya ilə elmi əməkdaşlığına böyük zərbədir. Bu məsələni həll etmək lazımdır”.
Komitənin digər üzvü Astan Şahverdiyev isə bildirib ki, bu məsələ Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyası arasında yaranan anlaşılmazlıqla bağlıdır: “Məndə olan məlumata görə, nazirlik elmin bu pillələrini pullu etmək istəyir. Akademiya isə buna qarşıdır. Ona görə məsələ düyünə düşüb”.
Modern.az