Modern.az

Nazir ali məktəb rektorlarına yay imtahanları barədə tapşırıqlar verib

Nazir ali məktəb rektorlarına yay imtahanları barədə tapşırıqlar verib

4 İyun 2010, 17:34

Ali və orta ixtisas məktəblərində yay imtahan sessiyası başlayıb. Modern.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb. Bu barədə saytımıza Təhsil Nazirliyindən məlumat verilib. Sözügedən əmrə əsasən, ali məktəblər və texnikumların yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilməli, yarana biləcək neqativ halları aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Belə ki, sessiya müddətində Təhsil  Nazirliyində  "qaynar xətt"  (tel.: 496-34-82, faks: 496-37-61, e-mail: [email protected]) fəaliyyət göstərəcək. Nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıb ki, yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Bunun üçün onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə dərhal məlumat verilməlisini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər. Bundan başqa, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. Rektor və direktorlar rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyacaqlar.  Nazirin əmrinə əsasən neqativ hallarla bağlı daxil olan məlumatlar operativ araşdırılacaq və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlanacaq. Rektorlar yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməli olacaqlar.

Qeyd edək ki, yay imtahan sessiyasının monitorinqinə nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT-lər və ictimaiyyət nümayəndələri cəlb ediləcək.

Yay imtahan sessiyası bəzi ali məktəblərdə artıq başlayıb, bəzilərində isə iyunun 7-də start veriləcək. Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI