Bakı Dövlət Universitetində bakalavr pilləsi üzrə keyfiyyətli mütəxəssis hazırlığının təmin edilməsi üçün dövlət və semestr imtahanlarında test sisteminə keçilib. Ancaq iyunun 7-dən başlayan yay sessiyasının bəzi imtahanlarının test üsülu ilə keçirilməməsi tələbələrin ciddi narahatlığına səbəb olub. Onlar test üsulunun ləğv edilməsindən ehtiyatlanırlar.
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova isə Modern.az saytına bildirib ki, yay sessiyası imtahanlarının bir hissəsinin test üsulu ilə verilməməsi proqramlaşdırma və texniki səbəblərlə əlaqəlidi.
“BDU-da imtanlar üç cür – test, monitorinq, dialoq yolu keçirilir. Semestr imtahanlarının çoxu monitorinq, yarısı test, az bir qismi isə dialoq yolu ilə keçirilir. İmtahanların yarısının test üsulu ilə verilməsi test üsulunun ləğv edilməsi anlamına gəlmir. Sadəcə texniki işlər başa çatdırıla bilmədiyindən imtahanların hamısı test üsulu ilə keçirilməyib. Universitet rəhbərliyi, müəllimlər, tələbələr test üsulunun tərəfadarıdır. Nümunə olaraq deyə bilərəm ki, bu gün BDU-da dövlət imtahanları da test üsulu ilə uğurla keçirilir”.
Təhminə Paşayeva