Modern.az

Azərbaycanda biliklərə əsaslan iqtisadiyyat 2.4 faiz təşkil edir

Azərbaycanda biliklərə əsaslan iqtisadiyyat 2.4 faiz təşkil edir

10 İyun 2010, 13:40

İyunun 10-dan Bakıdakı “Respublika LUKS” mehmanxanasında “Müəlliflik hüququ və kreativ sənayelərin iqtisadi əhəmiyyəti” mövzusunda beynəlxalq seminar keçirilir. Müəllif Hüquqları Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birkə təşkil etdiyi tədbir iki gün davam edəcək.   Modern.az xəbər verir ki, seminarda çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində dünyada aparılan işlərdən danışıb. Kamran İmanovun sözlərinə görə, kreativ (yaradıcı) sənaye hazırda dünya iqtisadiyyatının əsas sahələrindən sayılır. Bura kino, musiqi, təsviri incəsənət, ifaçılıq sənəti, teatr-tamaşa sahələri, reklam sənayesi, dizayn, kompüter texnologiyaları, poliqrafiya sənayesi, dövrü nəşrlər, səsyazma studiyaları və daha bir sıra sektorlar daxildir. XXI əsrdə əqli mülkiyyət sahəsində “biliklərə əsaslanan iqtisadiyyat” və “kreativ sənaye”nin iqtisadi əhəmiyyəti ilə bağlı məsələlər prioritetə çevrilib. Kamran İmanov deyib ki, Müəllif Hüquqları Agentliyinin araşdırmalarına nəticəsində məlum olub ki, Azərbaycanın ümumi daxili məhsulunda kreativ sənayenin payı 2,4 faiz təşkil edir. Agentliyin Solou modeli əsasında apardığı araşdırmalar göstərir ki, Azərbaycanda texnoloji nailiyyətlər və elmi-texniki tərəqqi hesabına ümumi daxili məhsuldakı (ÜDM) artım 2003-cü ildən 2009-cu ilə qədər 7,2 faizdən 20,6 faizə qalxıb. K.İmanov onu da deyib ki, dünyada kreativ sənayedən piratçılıq yolu ilə istifadə halları da geniş yayılıb. Beynəlxalq statistikaya görə, hazırda dünya ticarətində piratçılıq məhsulları 20 milyard dollar təşkil edir. Seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Kreativ sənaye şöbəsinin icraçı direktoru Dimiter Qantçev, Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, mədəniyyət və turizm nazirninin müavini Sevda Məmmədalıyeva, millət vəkili Xanhüseyn Kazımlı əqli mülkiyyətin iqtisadiyyatdakı rolundan, bu sahənin inkişafının əhəmiyyətindən danışıblar. Daha sonra seminar diskussiya şəraitində öz işini davam etdirib. Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI