Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Bakı şəhəri üzrə 77 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083, ümumilikdə isə 29016 şagird imtahan verib. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən tədris illərində Bakı şəhəri üzrə attestat ala bilməyən 1790 nəfər XI sinif məzunu da bu gün 4 imtahan mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər XI sinif məzunu 1 imtahan mərkəzində imtahan verib.
Modern.az