Modern.az

Sabiq AXCP üzvü Gədəbəydən deputat seçilmək istəyir

Sabiq AXCP üzvü Gədəbəydən deputat seçilmək istəyir

Ölkə

16 İyun 2010, 18:26

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq üzvü, keçmiş millət vəkili, Aydınlar Partiyasının Ali Məclis sədri Nizami Quliyev 103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmək üçün aktiv fəaliyyətə keçib. Bu barədə Modern.az-a adıçəkilən dairədə yaşayan seçicilər məlumat veriblər. Məlumata görə, N.Quliyev müxtəlif adamlar vasitəsilə seçicilər arasında belə təbliğat apartdırır ki, onun məsələsi yuxarılarda həll olunub, dairədən deputat seçilməsinə artıq razılıq da verilib.   Gədəbəy sakinlərinin sözlərinə görə, Nizami Quliyev rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşdüyünü və onun da dəstəyini aldığı barədə xəbərlər yayır.

 

Qeyd edək ki, hazırda 103 saylı Gədəbəy seçki dairəsini Milli Məclisdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü deputat Rafiq Məmmədhəsənov təmsil edir. N.Quliyev isə 2000-2005-ci illərdə 73 saylı Gədəbəy seçki dairəsindən II Çağırış Milli Məclisin deputatı olub. O, 2008-ci ildə AXCP sıralarından istefa verib və yeni yaradılan Aydınlar Partiyasına keçib. Daha sonra Aydınlar Partiyasının Ali Məclis sədri seçilib. Aydınlar Partiyasının sədri AXCP-dən istefa vermiş sabiq deputat Qulamhüseyn Əlibəylidir. Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI