Deputat deyib ki, Böyük Britaniyanın liberallar qrupunun sədr müavini Maykl Hənkok eyni adlı mövzuda məruzə edib: “Avropa Təhlükəsizlik və Müdafiə Assambleyasinın 58-ci sessiyasında bu məsələ geniş şəkildə müzakirə olundu. Müzakirələrdə Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Türkiyə-Ermənistan protokolları kimi məsələlər geniş müzakirə edildi. Sonra sənəd səsverməyə çıxarıldı. Türkiyə, Polşa, Portuqaliya, Rusiya, İngiltərənin qurumdakı təmsilçiləri genş müzakirə açdılar. Qarabagla bağlı əsas istiqamət belə oldu ki, bu məsələnin həlli regionda sabitliyin əsasını təşkil edir. Qeyd olundu ki, bu məsələ yeni Madrid prinsiplərinə yuğun şəkildə həll edilməlidir. Əks halda regionda ciddi problemlər yaranacaq”.
Deputat Azərbaycana döndükdən sonra məsələ barədə geniş açıqlama verəcəyini də söyləyib.
Modern.az