Modern.az

Azərbaycanda Dövlət Komitəsinin 8 yaşı tamam olub

Azərbaycanda Dövlət Komitəsinin 8 yaşı tamam olub

5 İyul 2010, 15:22

Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılmasının 8 ili tamam olur. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu qurum mərhum dövlət başçısı Heydər Əliyevin «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb. Xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-cü ilin dekabr ayının 27-də qəbul edilmiş «Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Mətbuat xidmətindən bildirilib ki, Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 8 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb və sənəd Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında qəbul edilib. Dünyanın əksər ölkəsində 370-dək Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI