Modern.az

Azərbaycan əhalisi 50 min nəfər artıb

Azərbaycan əhalisi 50 min nəfər artıb

8 İyul 2010, 13:00

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 11 iyul Ümumdünya Əhali günü ilə bağlı Azərbaycan Respublikasının demoqrafik göstəricilərini açıqlayıb. Komitənin məlumatına görə, 2010-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9 milyon 47 min nəfərə çatıb. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir.

Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.

2010-cu ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.

Cari ilin yanvar-iyun aylarında ölkədə 32,6 min nikah və 4,2 min boşanma halları qeydə alınıb və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3-dən 7,4-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olub.

2010-cu ilin altı ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfərin gəldiyi və 0,4 min nəfərin ölkədən getdiyi qeydə alınıb. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI