Modern.az

Azərbaycanda 9081 əcnəbi fərdi uçot sistemində uçota alınıb

Azərbaycanda 9081 əcnəbi fərdi uçot sistemində uçota alınıb

12 İyul 2010, 11:38

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb. Fondun İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1052 nəfər əcnəbi vətəndaş uçota alınıb.

Beləliklə, 2010-cu il iyulun 1-nə olan statistikaya əsasən,  fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 9081 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Тürkiyə vətəndaşları çoxluq təşkil edir- 5118 nəfər. Fə

rdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1303 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 585 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (295 ), Hindistan (236), Çin Xalq Respublikası (131), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Ukrayna (85), Filippin (84),  Pakistan İslam Respublikası (78), Qazaxıstan (69), Özbəkistan (66), Malayziya (65), Almaniya (61), Türkmənistan (53), İtaliya (50), ABŞ (44) və s. ölkələr gəlir.

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI