Modern.az

Bu gün 39 dərəcə isti olacaq

Bu gün 39 dərəcə isti olacaq

12 İyul 2010, 11:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu 36-39 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

İyulun 13-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal, şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 isti olacaq.
İyulun 14-də hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək.Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 12-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
13-14 iyulda hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
 
Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI