st1:*{behavior:url(#ieooui) }
Deyəsən Araz çayının yeni qolunun Xəzər dənizinə qovuşması baş tutmayacaq. Bu il mayın 31-də daşqınları əsas gətirərək milyonlarla manat hesabına Araz çayına yeni pol açan hökumət bu işi başa çatdıra bilməyib.
Plana görə, yeni qolla su 6 rayondan - İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran dan keçməklə dənizə çatmalı idi. Bəhramtəpədən başlayan yeni qolun uzunluğunun 130 km olacağı gözlənilirdi. Amma Arazın yeni qoluna buraxılan su İmişli rayonu ərazisini keçə bilmədi. Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Su Qovşaqları İstismar İdarəsinin sədri Əbdürrəhim Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, Araz çayının yeni qoluna su buraxılması dayandırılıb. “İndi layihələndirmə işləri gedir. Çayda suyun səviyyəsi aşağı düşüb. Arazın suyu suvarmaya verilir. Amma rayonlarda hazırlıq işləri davam etdirilir ki, əgər gələcəkdə suyun səviyyəsi artarsa, bu zaman yeni qola su buraxılsın. Hazırda isə yeni qola su verilmir”.
Modern.az