Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 32-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.
İyulun 23-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 24-26, gündüz 31-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.
İyulun 24-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
İyulun 25-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında
İyulun 22-də əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gecə bəzi şimal və qərb rayonlarda leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 31-36, dağlarda isə gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.
İyulun 24-25-də havanın əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda isə gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında isti hava şəraiti və mülayim şimal-şərq küləyi ilə bağlı rütubətliyin çox olması nəticəsində ayrı-ayrı saatlarda boğanaq hissi yaranacaq. Bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Modern.az