Modern.az

"Dövlətqaçqınkom": “Ağdamlı köçkünlərin Tərtərdən çıxarılmasından söhbət gedə bilməz"

"Dövlətqaçqınkom": “Ağdamlı köçkünlərin Tərtərdən çıxarılmasından söhbət gedə bilməz"

30 İyul 2010, 11:41

Deputat Aynur Quliyeva Modern.az saytına açıqlamasında bildirib ki, Tərtərdə yerli sakinlərlə rayon ərazisində məskunlaşan ağdamlı köçkünlər arasında baş vermiş məlum insidentdən sonra ona müraciət daxil olub. Müraciətə imza atan tərtərlilər Ağdam köçkünlərinin Tərtərdən çıxarılmasını və yeni salınan şəhərciklərdən birinə  köçürülməsini istəyirlər. Aynur Quliyeva isə Tərtər sakinlərinin təklifini haqlı sayaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etdiyini deyib.

 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az saytına açıqlamasında vurğulayıb ki, Tərtər rayonu ərazisində məskunlaşan Ağdamın Şotlanlı kənd sakinləri münaqişəyə görə heç bir əraziyə köçürülməyəcək: “Ağdamlı məcburi köçkünlərin köçürülməsindən söhbət gedə bilməz. Bir neçə nəfərin dalaşması o demək deyil ki, məcburi köçkünlər köçürülməlidir”.

Sənan Hüseynovun sözlərinə həmin məcburi köçkünlər üçün qəsəbələr salınanda da elə onların yaşadığı ərazidə tikiləcək: “Çünki onlar artıq neçə ildi ki, orada məkunlaşıblar.  Orada çalışırlar.  Biz də onlara əlavə məşğulluq problemi yaradası deyilik. Ümumiyyətlə Şotlanlı kənd sakinlərinin başqa əraziyə köçürülməsindən söhbət gedə bilməz. Bu məsələyə də hüquqi qiymət veriləcək, günahkatrlar da cəzalandırlacaq. Bir nəfər dalaşıbsa, digər məcburi köçkünlərin günahı nədir”.

Qeyd edək ki,  münaqişə iyunun 6-da Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında  baş verib. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib. Həmçinin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı da yüngül xəsarət almışdı. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.  

Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI