Modern.az

Avqustun 10-da 9 illik təhsil bazasından kolleclərə ərizə qəbulu başa çatacaq

Avqustun 10-da 9 illik təhsil bazasından kolleclərə ərizə qəbulu başa çatacaq

30 İyul 2010, 12:58

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsının mətbuat katibi Elnur Nağızadə deyib ki, 2010-cu il avqustun 10-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatacaq. Ərizələrin qəbulu internet vasitəsilə iyulun 8-dən etibarən aparılır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödəniş­li olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər elektron ərizə formasını təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komis­siya­sı­nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mər­kəz­ləşdirilmiş qaydada iyulun 26-dən  avqustun 5-dək keçirilir. YQYK-lərin fəaliyyəti  Bakı şəhərində Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunub. Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Cari ildə (9 illik) təhsil bazasından 47 orta ixtisas təhsili müəssisəsində  ayrılan plan yerlərinin sayı 9576-dır.  Azərbaycan bölməsi üzrə 8539, rus bölməsi üzrə 242, birgə müsabiqə üzrə 795 plan yeri ayrılmışdır.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI