Modern.az

Bu il su hövzələrində 70 nəfər boğulub

Bu il su hövzələrində 70  nəfər boğulub

3 Avqust 2010, 10:58

Builki çimərlik mövsümü ötən illərdəki ilə müqayisədə bədbəxt hadisələrin sayının çoxluğu ilə fərqlənir. Çimərlik mövsümü boyunca yüzlərlə  insanın həyatını xilas etmək mümkün olsada, təssüf ki, suda  boğulanların da sayı az  deyil. Fövqəalə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən Modern.az-a verilən məlumata görə, dənizdə boğulma hallarının əksəriyyəti çimərlik üçün yararsız və qadağan olunmuş ərazilərdə baş verir.

Dövlət Sularda Xilasetmə Xidmətindən saytımıza bildirlib ki, bu il avqustun 3-dək olan müddətədək su hövzələrində xilas olunanların sayı umumilikdə 550 nəfərə çatıb. Onlardan 155 nəfəri nəzarət olunan çimərlik ərazilərində qalanı isə çimərlik üçün yararsız və  çimmək üçün qadağan olunmuş sahilboyu ərazilərdə xilas  edilib.
Su hövzələrində boğulma faktları isə 70  nəfəri  ötüb. Bunlardan cəmi ikisi çimərlik ərazisində baş  verib.

FHN  Dövlət  Sularda Xilasetmə Xidməti vətəndaşların diqqətinə çatdırıb ki, çimərlik üçün yararsız və qadağan olunmuş sahilboyu ərazilərdə çimmək qəti qadağandır.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI