Modern.az

Ali məktəblərə əlavə qəbul bu gün yekunlaşır

Ali məktəblərə əlavə qəbul bu gün yekunlaşır

10 Avqust 2010, 10:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlaqə qbulu bu gün yekunlaşdırır. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, ali məktəblərin 30457 plan yerinə 27700 abituriyent qəbul olunub, 2757 yer isə boş qalıb.
Vakant yerlərə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. Boş qalan yerlərə qəbulla bağlı şərtlər dəyişməyib. Yəni abituriyentlərə yenə nisbi bal məhdudiyyəti tətbiq olunur.
3-cü ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən , digər qruplarda isə 250-dən az olmayanlar buraxılıblar. Ümumi balı 350-dən çox olanlara isə nisbi bal məhduduiyyəti tətbiq olunmur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI