«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Bakı sərnişin stansiyasından hərəkət edən yerli və uzaq təyinatlı sərnişin qatarlarında gediş haqqı tariflərinin artırılması üçün Tarif Şurasına müvafiq təkliflərlə müraciət edib.
Məlumatı Modern.az-a «Azərbaycan Dəmir Yolları» QSC-dəki mənbə verib. Saytımıza verilən məlumatda o da bildirlib ki, Tarif Şurası artıq “Azərbaycan Dəmir Yolları» QSC-nin təkliflərinə baxıb və onu məqsədəuyğun saymaraq geri qaytarıb.
Qeyd edək ki, hazırda həm ölkə daxilində, həm də beynəlxalq istiqamətdə sərnişin daşınmasının böyük bir hissəsi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. “Azərbaycan Dəmir Yolları» QSC-də hesab edirlər ki, dəmir yolunda sərnişin daşınma tarifləri ucuzdur və o artırılmalıdır.
Modern.az məsələ ilə əlaqədar Tarif Şurasının katibliyinə müraciət edib. Lakin Şuranın katibliyindən bu burədə məlumat verməkdən imtina ediblər.
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov isə saytımıza açıqlamasında sərnişin qatarlarında gediş haqqı tariflərinin artırılması üçün Tarif Şurasına müraciət edildiyini təsdiqləyib. Lakin iki gündür işdə olmadığını deyən mətbuat xidmətinin rəhbəri Tarif Şurasından «Azərbaycan Dəmir Yolları»na hansı cavabın verilməsi barədə məlumatsız olduğunu söyləyib.
Modern.az