Modern.az

"Qarabağ"ın pley-off-dakı rəqibi məlum oldu

"Qarabağ"ın pley-off-dakı rəqibi məlum oldu

6 Avqust 2010, 16:54

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Polşanın “Visla” klubunu məğlub edərək pley-off-a yüksələn Ağdamın "Qarabağ" klubunun yeni rəqibi məlum oldu. Qeyd edək ki, bu gün pley-off-un püşkatma mərasimi bir qədər öncə İsveçrənin Nyon şəhərində keçirilib. "Qarabağ"  4-cü səbətdə yer alan klublar sırasında idi. Ağdam klubunun potensial rəqibləri İngiltərənin “Liverpul”, Almaniyanın “Borussiya” (Dortmund), Şotlandiyanın “Seltik”, Bolqarıstanın “Levski” (Sofiya) və Rumıniyanın “Styaua” (Buxarest) klubları idi.

Püşkün nəticəsinə görə, “Qarabağ”  “Borussiya” (Dortmund, Almaniya) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avroliqanın dördüncü - pley-off mərhələsinin ilk oyunları avqustun 19-u, cavab görüşləri isə 26-sı keçiriləcək

1-ci qrup

PSJ (Fransa) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Bayer” (Leverkuzen, Almaniya) - “Tavriya” (Ukrayna)
ÇSKA (Moskva, Rusiya) - “Anortosis” (Kipr)
“Hayduk” (Xorvatiya) - “Unirya” (Rumıniya)
“Feyenoord” (Hollandiya) - “Gent” (Belçika)

2-ci qrup

“Genk” (Belçika) - “Portu” (Portuqaliya)
“Debretsen” (Macarıstan) - “Liteks” (Bolqarıstan)
“Aris” (Yunanıstan) - “Austriya” (Vyana, Avstriya)
“Qalatasaray” (Türkiyə) - “Karpatı” (Ukrayna)
“Palermo” (İtaliya) - “Maribor” (Sloveniya)

3-cü qrup

“Brügge” (Belçika) - “Dinamo” (Minsk, Belarus)
“Omoniya” (Kipr) - “Metallist” (Ukrayna)
“Vasluy” (Rumıniya) - “Lill” (Fransa)
“Napoli” (İtaliya) - “Elfsborq” (İsveç)
“Sportinq” (Portuqaliya) - “Bröndbü” (Danimarka)

4-cü qrup

“Qrashopper” (İsveçrə) - “Styaua” (Buxarest, Rumıniya)
“Trabzonspor” (Türkiyə) - “Liverpul” (İngiltərə)
“Seltik” (Şotlandiya) - “Utrext” (Hollandiya)
“Borussiya” (Dortmund, Almaniya) - “Qarabağ” (Azərbaycan)
AİK (İsveç) - “Levski” (Sofiya, Bolqarıstan)

5-ci qrup

“Şturm” (Avstriya) - “Yuventus”(İtaliya)
“Xetafe” (İspaniya) - APOEL (Kipr)
“Dandi Yunayted” (Şotlandiya) - AEK (Yunanıstan)
“Alkmaar” (Hollandiya) - “Aktobe” (Qazaxıstan)
“Dnepr” (Ukrayna) - “Lex” (Polşa)

6-cı qrup

“Rapid” (Avstriya) - “Aston Villa” (İngiltərə)
ÇSKA (Sofiya, Bolqarıstan) - TNS (Uels)
“Beşiktaş” (Türkiyə) - HJK (Finlandiya)
“Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)
“Sibir” (Rusiya) - PSV (Hollandiya)
BATE (Belarus) - “Maritimo” (Portuqaliya)

7-ci qrup

“Lozanna” (İsveçrə) - “Lokomotiv” (Moskva, Rusiya)
“Qyor ETO” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Odense” (Danimarka) - “Motervel” (Şotlandiya)
PAOK (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
“Vilyarreal” (İspaniya) - “Dnepr” (Mogilev, Belarus)
“Timişoara” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI