Modern.az

Azərbaycanda məktəb və yol tikintisi bahalaşıb

Azərbaycanda məktəb və yol tikintisi bahalaşıb

10 Avqust 2010, 10:54

2010-cu ilin II rübündə tikinti işlərində qiymətlər cari ilin I rübünə nisbətən 3 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Komitə bildirib ki, rüb ərzində yerüstü tikililər bölməsində 3,2 faiz, yol tikintisində isə 0,7 faiz bahalaşma müşahidə edilib.

Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 2,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 6,6 faiz artıb.

Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 5,1 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi və inzibati binaların inşası üzrə qiymətlər 6,9 faiz artıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI