Modern.az

Bu il peşə məktəblərinə 14 min 185 şagird qəbul ediləcək

Bu il peşə məktəblərinə 14 min 185 şagird qəbul ediləcək

Ölkə

10 Avqust 2010, 17:54



Bir neçə gündür Azərbaycanda texniki-peşə təhsili müəssisələrinə də sənəd qəbulu başlayıb. Məlumatı Modern.az saytına Təhsil Nazirliyinin Texniki–peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov verib. O, sənəd qəbuluna avqustun 1-dən start verildiyini qeyd edib.

N.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda 108 peşə təhsil məktəbi fəaliyyət göstərir. Şöbə müdiri deyib ki, peşə təhsil məktəblərinə şagird qəbulu sentyabırın 1-dən 10-na qədər həyata keçiriləcək.

Bu il peşə məktəblərinə dövlət hesabına 14 min 185 plan yeri ayrılıb. Bundan başqa sözügedən təhsil ocaqlarında 1900 ödənişli plan yeri də müəyyənləşdirilib.

Qeyd edək ki, ölkədəki 108 texniki-peşə təhsili müəssisəsindən 47-si peşə liseyi, 61-ı peşə məktəbidir. Bu müəssisələrdə 25-dən çox şagird oxuyur. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir, 7-si isə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Peşə təhsili müəssisələrində 3700-dən çox mühəndis-pedaqoji işçi çalışır.

Rəsmi statistikaya görə, hər il respublikmızda ümumtəhsil məktəblərinin XI siniflərini bitirən 120 min şagirddən cəmi 14 mini texniki peşə məktəblərinə qəbul olunur. İnkişaf etmiş ölkələrdə ölkələrdə orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili sahəsinə yönəldiyi halda, Azərbaycanda bu göstərici 10-11 faiz təşkil edir. Mütəxəssislər bunu texniki peşə təhsili müəssisələrimizin bina şəraiti, maddi-tədris və texniki bazasının müasir səviyyəli sənətkar kadrlarının hazırlanması baxımından beynəlxalq tələblərə cavab verməməsilə izah edirlər.
Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsindən bildirilib ki, 2007-2012-ci illəri əhatə edən «Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»nın icrası sayəsində bu sahədə ciddi irəliləyiş baş verməkdədir. Bu proqramda texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə və kadr hazırlığı işinin təkmilləşdirilməsinin prioritet istiqamət kimi müəyyənləşdirilib.

Təhsil nazirinin əmrinə əsasən, 2009-cu ildə peşə liseyi və peşə məktəblərinə şagird qəbul planı 14435 nəfər (dövlət vəsaiti hesabına 12350 nəfər, ödənişli əsaslarla 2085 nəfər) idi.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI