Modern.az

İş adamı Mübariz Mənsimov: “Ermənilər şəhid gizirimizin meyitini satsalar, alaram”

İş adamı Mübariz Mənsimov: “Ermənilər şəhid gizirimizin meyitini satsalar, alaram”

14 Avqust 2010, 16:00

 “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov 2 aydır meyiti erməni işğalı altındakı torpaqlarımızda qalan Milli Qəhrəman, gizir Mübariz İbrahimovun geri qaytarılmamasını və şəhidin şəkillərinin “Odnoklassniki.ru” sosial şəbəkəsində yayılmasını insanlıqdan uzaq addım adlandırıb. "Şəhidimizin meyiti 2 aydır verilmir, qurda-quşa yem edilir. Meyitimizi istəyirik" - deyə Mübariz Mənsimov Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində bildirib. Mübariz Mənsimov "meyitə işgəncə verilməz. Lakin şəhid etdikləri gəncimizin əl-ayağını bağlayıb, şəklini çəkmişlər. İki aydır da, “cəsəd yox” deyirlər. Bu faşizmdir. Biz də bu erməni faşizmini dünyaya eşitdirəcəyik" söyləyib. 

33 ölkədə milyardlarla dollarlıq sərmayəsi olan, gəmi və tankerlərinin sayı 200-ü keçən Mübariz Mənsimov  “Palmali” Şirkətlər Qrupunun Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə ömürlük olaraq hər ay 5 min dollar müavinət verməyi qərarlaşdırdığını bildirib.

M.Mənsimov belə davam edib: "Türkiyə və Azərbaycan xalqı ayrılmaz parçadır, qardaşdır. Türk qanı daşıyan hər kəs bu hadisədən kədərlidir. Mən öz adımdan deyirəm ki, ermənilər Azərbaycan xalqının nə deyəcəyini görmək və bizi əsəbiləşdirmək istəyir. Keçmiş zabitəm və döyüşü heç sevmirəm, amma dünya bilsin ki, azərbaycanlılar əsəbiləşsə və döyüşə girsə, Ermənistanın üzərindən keçərik. Bu döyüşə atılmaq üçün mən də iş adamı olaraq əsgər paltarmı geyərəm".

Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin qanun çərçivəsində hərtərəfli səylərini davam etdirdiyini deyən Mübariz Mənsimov ermənilər şəhidin cəsədini satsalar, alacağını deyib: “Bu olduqca pis ifadədir, amma ermənilərdən belə addımı da gözləyirəm. Bütün dünya meyitin ermənilərdə olduğunu bilir. Daha nə qədər onu meytini saxlayacaqlar? Cəsədin üstündə oynayan erməni faşistlərinin hamısının ümid edirəm ki, Allah cəzasını verəcək”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI