Bir neçə gündür mətbuat Göyçay şəhər məscidinin ruhanisi Əsgər Babayevin əxlaqsız hərəkətlərindən yazır. Onun işlədiyi məsciddə yetkinlik yaşına çatmayan qızla əxlaqsız hərəkətlərə yol verildiyi barədə informasiyalar dərc olunub və bu hərəkətləri özündə əks etdirən video kadrlar internet şəbəkəsi vasitəsi ilə yayımlanıb. Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi ilə əlaqədar rayon prokurorluğuna konkret göstərişlər verilmişdi.
Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti bu gün Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işinin başlanması barədə məlumat yayıb. “Bildiririk ki, rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilmiş və həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir”.
Təəcüblüsü odur ki, Baş Prokurorluğun məlumatında din xadimi Əsgər Babayevin Göyçay şəhər sakini olan qıza zor tətbiq etdiyi bildirilir. Halbuki, internetdə (facebook-da) yayılan videokadrdan açıq-aydın görünür ki, hadisə heç də Baş Prokurorluğun məlumatında deyildiyi kimi, zorakılıqla baş verməyib. Yəni din xadimi qızı öpəndə, qarşı tərəf (qız) də ona eyni qarışılıqlı münasibəti göstərir. İndi prokurorluğun bunu niyə zorakılıq kimi qələmə verdiyi məlum deyil. O başqa məsələ ki, məsciddə belə nalayiq hərəkət yolverilməzdir. Modern.az