Modern.az

Erməni vəhşiliyinin daha bir ünvanı

Erməni vəhşiliyinin daha bir ünvanı

24 Avqust 2010, 10:08

Türkiyədə erməni vəhşiliyinin yeni ünvanı aşkar olunub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Qars vilayətində ermənilərin qətlə yetirdiyi 180 insanın toplu məzarlığı aşkar olunub.  Türklər 1918–ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən kütləvi surətdə qətlə yetirilib.
Məzarlığın qazılaraq öyrənilməsi işlərinə 3 arxoeloq, 3 dosent və 2 dosent yardımçısı cəlb olunub. Qarsın Arpaçay kəndində tapılan kütləvi məzarlığın öyrənilməsi işi 5 gün davam edəcək. Hələlik məzarlıqdan tapılan 64 türkün kimliyi məlumdur, qalanların adları və hansı nəsilə mənsub  olmaları məlum deyil.  

Qarslı 77 yaşlı Kurban İlqar babası və dədələrinin söylədiklərinə söykənərək 1918-ci ildə daşnak ermənilərin türk kəndlilərini  kütləvi surətdə qətlə yetirdiklərini, öldürülən türklərin qanlarının kəndin yanından axan Qars çayına axıdıldığını bildirib. Qarslılar məzarlıqdakı  şəhidlərin öz doğulduqları kəndlərdə dəfn edilməsi və orada bir anıt məzarlığı yaradılmasını istəyirlər. Qarslı İbrahim Birdal deyib ki, “ermənilər  aprelin 24-nü anma günü qoyurlarsa, biz də 25 apreli ermənilər tərəfindən qətlə yetirilmş türk şəhidlərimizin anma günü kimi qeyd edə bilərdik. Dədələrimizin söylədiklərinə görə, 1914-cü ildə erməni daşnaklar 183 türkü Kiçik Çatma kəndinə gətirirək bu  samanlıqda qətlə yetiriblər, bugünkü məzarlıq ermənilərin bizləri qətliama uğratdığına sübutdur”.

Qafqaz Universitetindən doktor Səlcuk Ural qeyd edir ki, türk ordusu Şərq hərakatına başlarkən geri çəkilən erməni daşnak dəstələri türk kəndlərinin əhalisinə qarşı kütləvi qətllər törədiblər.

Qars  tarix muzeyinin müdiri Nəcməddin Alpın sözlərinə görə, Qarsda erməni vəhşiliyindən şahidi olan 3 məzarlıq var. O qeyd edib ki,  Qarsda ermənilərin qanlı əməllərini  sübut edən 82 kənd var.  Alp Kiçik Çatma kəndində aşkar olunmuş məzarlıqda anıt qəbri inşa olunacağını deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI