Modern.az

Azərbaycanda bir gündə 421 körpə doğulur, 154 nəfər isə ölür

Azərbaycanda bir gündə 421 körpə doğulur, 154 nəfər isə ölür

25 Avqust 2010, 16:28


Doğum və ölüm insanların həyat xəttinin başlanğıcı və sonudur. Doğum və ölüm həm də əhalinin təbii artımını tənzimləyən başlıca demoqrafik hadisələrdir. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər gün doğulanlar və ölənlər olur. Rəsmi statistik rəqəmlər Azərbaycanda təbii artımın stabil olduğunu deməyə əsas verir. Azərbaycan Respublikasının əhalisi artıq 9 milyon nəfəri keçib. Maraqlıdır ölkəmizədə hər gün neçə nəfər doğulur və neçə nəfər ölür?

Modern.az bununla bağlı kiçik bir araşdırma aparıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9047 min nəfər təşkil edib. Komitənin məlumatında bildirlir ki, Azərbaycanda gündə təxminən 421 körpə doğulur.

Dövlət Statistika Komitəsinin əhalinin ölümü ilə bağlı məlumatından isə aydın olur ki, Azərbaycanda hər gün təxminən 154 nəfər dünyasını dəyişir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda ölümün əsas səbəbləri qan dövranı, həzm sistemlərinin, tənəffüs orqanlarının xəstəlikləri, yenitörəmələr, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrdir.

Rəsmi statistika göstərir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların ölüm səbəbləri arasında birinci yerdə dayanan qan dövranı sisteminin xəstəlikləri ildən- ilə artamqadıdır.
1963-cü ildən başlayaraq indiyədək respublikamızda ölüm-səbəbləri sırasında ürək-damar sistemi xəstəlikləri öndə gedir. İndi ölkəmizdə ildə 31 mindən çox adam bu xəstəliyin qurbanı olur.

Əhalinin ölüm səbəbələri arasında sonrakı yeri tutan  yenitörəmələr (o cümlədən xərçəng xəstəliyi) hər il 6500-dən çox adamın həyatına son qoyur. Ölkəmizdə tənəffüs orqanlarının xəstəlikləri nəticəsində dünyasını dəyişənlərin sayı isə 3 minə yaxındır. İldə 3100-dən çox adam həzm orqanlarının xəstəliyindən dünyasını dəyişir. Bədbəxt hadisələr, travmalar, zəhərlənmə və zədələrdən ölənlərin sayı da 2500 nəfərə çatır. Ölüm səbəbləri sırasında sonrakı yerləri simptomlar və düzgün qeyd olunmamış hallar, sidik-cinsiyyət sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları, yoluxucu və parazitar xəstəliklər, əsəb sistemi və hissiyat orqanlarının xəstəlikləri tutur.
Azərbaycanda anadangəlmə anomaliyalardan ildə 450-dən çox ölüm qeydə alınır. 1000-ə yaxın şəxs isə yol-nəqliyyat hadisələrində həlak olur. Yeri gəlmişkən, son illərin rəsmi statistikası Azərbaycanda kişilərin qadınlardan daha çox öldüyünü göstərir.
İl ərzində respublikamızda 28 mindən çox kişi, 25 minə yaxın qadın vəfat edir. 

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI