Modern.az

Eldar Həsənov Serbiya mətbuatına müsahibə verib

Eldar Həsənov Serbiya mətbuatına müsahibə verib

26 Avqust 2010, 09:57

“Kosovo və Dağlıq Qarabağ arasında paralellər aparmaq olar, həm Serbiyanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulub”.
Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin “Damas” agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Azərbaycan BMT-də Kosovoya  dair keçiriləcək dinləmələrdə rəsmi Belqradı dəstəkləyəcək. Səfir onu da əlavə edib ki, əksər islam ölkələri Serbiyanın tərəfində olacaq.

- Azərbaycan üçün Dağlıq Qarabağ nə deməkdir?
- Dağlq Qarabağ Azərbaycanın tarixi ərazisidir, bu torpaqlar erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan problemin sülh yolu ilə, ABŞ, Fransa və Rusiyadan təşkil olunmuş Minsk qrupu formatında  həll olunması təşəbbüsünü dəstəkləyir. Biz ümid edirik ki, bu məsələyə dair düzgün və obyektiv qərar qəbul olunacaq. Əminik ki, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl olunacaq. Azərbaycan heç vaxt torpaqlarının işğalda qalması ilə barışmayacaq.  Hazırda münaqişənin həlli üzrə intensiv danışıqlar gedir və biz ümid edirik ki, problem qısa vaxtda dinc yolla həll olunacaq.
- Dağlıq Qarabağ münaqişəsi ilə Serbiyadakı münaqişə arasında paralellər aparmaq olarmı?
-Əlbəttə ki, aparmaq olar. Birincisi, hər iki ölkənin – Azərbaycan və Serbiyanın suverenliyi və ərazi bütövlüyü pozulub. İkincisi, həm Azərbaycan, həm də Serbiya dünyada mövcud olan ikili standartların qurbanına çevrilib. Biz dəfələrlə öz hərəkətlərimizlə sübut etmişik ki, sülh, barışıq və əməkdaşlığa  hazırıq. Təsadüfü deyildir ki, BMT Baş Assambleyası sentyabrın 9-da eyni bir gündə həm Serbiya və həm də Qarabağ  məsələsini müzakirə edəcək. Bu, bizi təəccübləndirmir. Çünki bizim eyni tarixi taleyimiz var. Eyni bir gündə biz öz beynəlxalq hüquq norma və prinsiplərində öz əksini tapmış  haqlarımız uğrunda mübarizə aparırıq. Mən ümid edirəm ki, bu məsələyə dair düzgün və ədalətli qərar qəbul olunacaq.
- BMT-də Kosovoya dair Serbiyanın hazırladığı qətnamə layihəsinə Azərbaycanın mövqeyi necə olacaq?
- Biz BMT-də Serbiyanın və digər beynəlxalq təşkilatların möqeyini dəstəkləyəcəyik. Biz Serbiyanın mövqeyini Beynəlxalq Məhkəmdə dəstəkləyəcəyik. Biz hesab edirik ki, Serbiyanın Kosovoya  dair mövqeyi tamamilə düzgündür. Sentyabrın 9-da BMT-də əksər ölkələr Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bir sıra islam ölkələri həm də Serbiyanın mövqeyini dəstəkləyəcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI