Modern.az

Ayaz Mütəllibov namizəd olmayacaq

Ayaz Mütəllibov namizəd olmayacaq

26 Avqust 2010, 15:03

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək. Bu barədə Modern.az saytına Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə məlumat verib.
O, həmçinin bildidrib ki, eks-prezidentin Bakıya dönüşü prezident İlham Əliyevin iradəsindən asılıdır. Bir müddət əvvəl Sosialist İnternasionalının rəhbri Lüis Ayallonun Azərbaycana səfəri zamanı Sosinternin rəhbərinin İlham Əliyevlə eks-prezidentin siyasi taleyi barədə danışacağı açıqlanmışdı. Araz Əlizadə bildirib ki, Ayallo İlham Əliyevlə apardığı təkbətək söhbətin təfərrüatları barədə ona heç bir məlumat verməyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI