Modern.az

Məcburi köçkünlər köçürüləcək...

Məcburi köçkünlər köçürüləcək...

26 Avqust 2010, 18:40

“Bakı Dövlət Universitetinin yataqxanalarında məskunaşan  məcburi köçkünlərə yeni evlərin tikilməsi üçün yerlər artıq məlumdur. Bu, Bakıda Masazır və Müşfiqabad qəsəbələri ərazisindədir. Buraya hərbi hissələrdə və Bakı Dövlət Universitetinin bir neçə yataqxanasında məskunlaşanların köçürülməsi nəzərdə tutulub”.

Bunu Modern.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru  Sənan Hüseynov bilidirib.

O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidentinin sərəncamına əsasən, məcburi köçkünlər üçün yeni evlərin tikintisi davam etdirilir:

“Bu gün məcburi köçkünlərin yeni evlərlərlə təmin olunması Dövlət Proqramı əsasında həyata keçirilir. Çadır şəhərcikləri ləğv olunub, hazırda fin qəsəbələrinin ləğvinə başlanılıb. Agdamın Quzanlı qəsəbəsində 659 ailəlik qəsəbə salınır. Quzanlı Fin qəsəbəsi ləğv olunacaq. Yevlaxda 612 ailəlik beşmərtəbəli 10 bina tikilir. Goranboyda da 3 ədəd beşmərtəbəli bina tikilir. 2 ədədi 60 mənzilli, 1-i isə 45 mənzilli olacaq binalarda 165 məcburi köçkün ailəsi yerləşdiriləcək. Goranboyda tikilən binalara Nafatlandakı taxta evlərdə yaşayan məcburi köçkünlər köçürüləcək. Yevlaxda tikilən binalara isə Aran fin qəsəbəsində məskunlaşan məcburi köçkünlər köçürüləcək”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI