“AXCP-Müsavat birliyinin hansısa gizli siyahısı olması barədə deyilənlər cəfəngiyyatdır. Görünür bəziləri bizim siyahını açlqlamamağımızdan istifadə edərək özlərini bilici kimi göstərmək niyyətinə düşüblər. Hər iki partiyanın yekun siyahısı üzərində iş gedir və yekun siyahı gələn həftə açıqlanacaq”.
Bu sözləri Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AMİP funksionerlərinin iddialarına münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə hər iki partiyanın razılaşdırdıqları vahid namizədlər siyahısı uğurludur və seçkilərdə əhəmiyyətli nəticələr əldə edə bilər.
“Bizim namizədlərin əksəriyyətini paytaxtda tanlmaya bilərlər. Amma onlar öz rayonlarında tanınmış şəxslərdir”.
Siyahının zəif olması ilə bağlı səslənən fikirləri bölüşmədiyini deyən F.Qəhrəmanlı bildirib ki, indiki siyahıda olanların 80 faizi 2005-ci ildə “Azadlıq” blokunun namizədləri olub və seçkilərdə uğurla çıxış ediblər.
Modern.az