Modern.az

“7 manat normal dolana bilməməyimizin göstəricisidir...”

“7 manat normal dolana bilməməyimizin göstəricisidir...”

27 Avqust 2010, 12:40

Azad İstehlakçılar Birliyin (AİB) sədri Eyyub Hüseynov Modern.az  saytına məlumatında bildirib ki, Azərbaycanda gün ərzində bir nəfər orta statistik vətəndaşın istehlak xərci təxminən 7 manat təşkil edir. O, qeyd edib ki,  bu vəsaitə əsasən qida, nəqliyyat, müəyyən xidmətlərin xərcləri daxildir.

Gündəlik istehlak xərcinin hansı meyarla müəyyənləşdirilməsinə gəlincə, AİB sədri deyib ki, bunun üçün ümümi istehlak zənbilini yəni 210 AZN -i  30-a bölmək lazımdır: “Nəticədə bir günün istehlak xərcini tapırsan. Azərbaycan reallığını nəzərə alsaq, bu rəqəm çox aşağıdır. Əslində, insanların gündəlik istehlak tələbatı ümumu götürəndə 7 manatdan xeyli çox olmalıdır. Normal Azərbaycan istehlakçısı bu bahalıq, izafi xərclərin işləndiyi bir vəziyyətdə ən azı 15 manat xərcləməlidir. Çünki Azərbaycan vətəndaşları mallardan xidmətlərin qiymətinə otuzdurulmuş ruşvətlərə də pul verir. Əslində, bütün Azərbaycan vətəndaşları istehlakçı olaraq korrupsiyanı maliyələşdirir...”.

E.Huseynov onu da vurğulayıb ki, inkişaf etmiş normal ölkələrdə gündəlik istehlak xərci 25-30 dollar arasındadır: “Bu da bizlə müqayisədə qat-qat çoxdur. 7 manat orta statistik Azərbaycan vətəndaşının normal qidalana, dolana bilməməyimizin göstəricisidir.
Ancaq Azərbaycanda elə təbəqədən olan insanlar var ki, onların gündəlik istehlak xərci çox böyükdür. Söhbət varlılardan gedir”.

Mail Ağaxanov

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI