Modern.az

Yaxın üç günün hava proqnozu

Yaxın üç günün hava proqnozu

27 Avqust 2010, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 27-də hava şəraitinin əsasən buludlu olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26, gündüz 29-32 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Avqustun 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-şərq küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub – qərb küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti olacaq.

Avqustun 30-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti olacaq

Azərbaycanın rayonlarında

Avqustun 28-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda isə gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

Avqustun 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda isə gecə 11-15, gündüz 19-24 dərəcə isti olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI